Macarıstan və Slovakiyadan Gürcüstana dəstək: Aİ-nin sanksiyalarına veto qoyuldu

Dünya

17.12.2024 18:40

“Kaja Kallasın təklif etdiyi sanksiyalar avropayönlü nümayişlərin yatırılmasında iştirak edən Gürcüstan hökumət rəsmilərinə qarşı yönəlib”.

TodayPress xəbər verir ki, bu barədə bir neçə diplomat və rəsmi “Euronews”a bildirib. 

Onların sözlərinə görə, Macarıstan və Slovakiya Gürcüstanda etirazçılara qarşı davam edən zorakılığa cavab olaraq, adı çəkilən ölkənin rəsmilərinə Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaların tətbiq edilməsi təklifinə veto qoyub.

Sanksiyaları Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə təklif edib. O, bildirib ki, diplomatik pasportlara malik gürcülər üçün vizasız rejim dayandırılacaq. Bu qərarın qəbulu üçün yekdillik tələb olunmur.

İclasdan əvvəl hakim “Gürcü arzusu” partiyasının yaxın müttəfiqi olan Macarıstan istənilən məhdudlaşdırıcı tədbirlərin qarşısını almaq niyyətində olduğunu bildirib.

"Bu, cəfəngiyatdır və əsassızdır. Əgər belə bir təklif rəsmi olaraq verilsə, əlbəttə ki, buna hər kəs veto qoyacaq" deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. 

Slovakiyadan savayı digər Aİ ölkələrinin bu təşəbbüsə qoşulub-qoşulmayacağı bəlli deyil. 

Qeyd edək ki, Aİ qaydalarına görə, bütün sanksiyalar yekdilliklə təsdiq tələb edir.

Töhfə Səməd

tag: Macarıstan,Slovakiya, Gürcüstan, Veto, todaypress.az,