Macarıstan və Slovakiya Ukraynanı məhkəməyə verəcək
Dünya
22.07.2024 18:20
Macarıstan və Slovakiya Avropa Komissiyasının (AK) vasitəçiliyi ilə məsləhətləşmələr aparmaq üçün Ukraynaya müraciət ediblər.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Buna səbəb Kiyevin Rusiya neftinin tranzitini dayandırması olub.
“Ukraynanın xarici işlər naziri ilə danışdım. Onun sözlərinə görə, onlar neftin tranzitinə qadağa qoymayıblar, lakin bu, doğru deyil. AK-nin tələbimizi yerinə yetirmək üçün üç günü var. Ondan sonra bu işi məhkəməyə verəcəyik” Siyarto belə deyib.
Günəş Mərd
tag: Macarıstan, Slovakiya, Ukrayna, Avropa, Kİyev, todaypress.az,