Macarıstan vasitəçi olmağa hazırdır
Dünya
18.07.2024 09:56
“Macarıstan Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçi olmağa hazırdır”.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan az sonra o, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Ermakla əlaqə saxlayıb.
"Mən onlara eyni şeyi söylədim - Macarıstan həmişə danışıqları asanlaşdırmağa hazırdır" deyə Siyarto vurğulayıb.
Nazir qeyd edib ki, Macarıstan ərazisində sülh danışıqlarının aparılması təklifi hələ də qüvvədədir.
Günəş Mərd
tag: Macarıstan, Rusiya, Ukrayna, Peter Siyarto, Danışıqlar, todaypress.az,