Macarıstan Ukraynaya tələsməməyi tövsiyə etdi
"Macarıstan hökuməti hesab edir ki, Ukraynada nizamlanma prosesi mərhələli şəkildə getməlidir və bu ölkəyə beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi məsələsinin həllində tələskənlik olmamalıdır".
TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
XİN rəhbəri bildirib ki, əvvəlcə atəşkəs sazişi bağlanmalıdır. Daha sonra razılığa gəlmək üçün sülh danışıqları aparılmalıdır.
O hesab edir ki, bunlar olmasa, bütün şans əldən çıxmış olacaq.
Türkan İsgəndərli
tag: Macarıstan,Ukrayna,Rusiya,Peter Siyarto ,todaypress.az,