Macarıstan Ukraynaya görə şantaj edilir
Dünya
02.09.2024 12:01
“Macarıstan avropalı siyasətçilərin şantajına baxmayaraq, Ukrayna ilə bağlı mövqeyinə sadiq qalacaq”.
TodayPress xəbər verir ki, bunu “RBC” telekanalına müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O, münaqişənin həlli ilə bağlı Budapeştin mövqeyinin Qərb siyasətçiləri tərəfindən ləkələnməsindən danışıb. Diplomat bildirib ki, ölkə güclü təzyiq və şantajla üzləşir.
"Bizdən mövqeyimizi dəyişməyi tələb edirlər, lakin biz bunu etməyəcik, çünki macar xalqının iradəsi belədir" deyə o, vurğulayıb. Siyarto qeyd edib ki, əksər avropalı siyasətçilər Budapeştin məsələ ilə bağlı mövqeyinə əks arqumentlər təqdim edirlər. Nazir əlavə edib ki, Macarıstan və Slovakiya Avropa İttifaqında (Aİ) mütləq azlıqdadır.
Töhfə Səməd
tag: Macarıstan, Ukrayna, Peter Siyarto,Qərb, Budapeşt, todaypress.az,