Macarıstan Ukraynaya atəşkəs çağırışı etdi

Dünya

02.07.2024 15:40

Macarıstan Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

“Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş edirik” deyə Orban qeyd edib. 

Onun sözlərinə görə, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir.

Töhfə Səmədova

tag: Macarıstan, Rusiya, Zelinski, Viktor Orban, Görüş, todaypress.az,