Macarıstan Ukraynadakı münaqişənin həlli üzrə missiyasını davam etdirir

Dünya

28.09.2024 09:39

Macarıstan Ukrayna məsələsinin sülh yolu ilə nizamlanması üçün çalışır. 

TodayPress xəbər verir ki, bunu BMT Baş Assambleyasının iclası zamanı Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto deyib.

"Bu sülh missiyası davamlıdır. Buna görə də müharibə olduğu müddətdə bu missiyanı davam etdirməliyik” deyə o, bildirib. 

XİN başçısı inanır ki, bu da onların müharibəsidir, çünki əksəriyyət sülhün yox, müharibənin tərəfdarıdır. 

“Ona görə də dinc missiyanı davam etdirəcəyik” deyə Siyarto nitqini sonlandırıb.

Töhfə Səməd

tag: Macarıstan, Ukrayna ,BMT ,Peter Siyarto,Sülh ,todaypress.az,