Macarıstan Ukrayna ilə bağlı NATO-ya müraciət etdi

Dünya

11.07.2024 16:49

“Budapeşt NATO-dan xahiş edir ki, mövcud risklər səbəbindən Ukraynanın alyansa daxil olmasına son dərəcə ehtiyatla yanaşsın”.

TodayPress “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto “M1” telekanalına müsahibəsində deyib.

O, qeyd edib ki, hadisələrin bu cür inkişafı alyansla Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər. 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma ehtimalının narahatlıq doğurduğunu bildirmişdi. Türkiyə prezidentinin sözlərinə görə, münaqişə diplomatik yollarla həll edilməlidir.

Töhfə Səməd

tag: Macarıstan, Ukrayna, NATO, Budapeşt, Türkiyə, Rəcəb Tayyib Ərdoğan, todaypress.az,