Macarıstan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
Dünya
06.01.2025 15:28
"Silahlı münaqişələr səngidi, buna görə də Macarıstan Dəməşqdəki səfirliyinin fəaliyyətini yenidən bərpa edir".
TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz "Facebook" sosial şəbəkəsində elan edib.
"Son həftələrdə dünyanın diqqəti Suriyadakı hadisələrə yönəlib. Artıq silahlı toqquşmalar sakitləşib və yerli təhlükəsizlik şəraiti sabitləşib, buna görə də Macarıstanın Dəməşqdəki səfirliyini yenidən açmaq qərarına gəldik".
Onun sözlərinə görə, Suriyada Macarıstanın mövcudluğunu bərpa etmək ölkədə baş verən proseslər haqqında birinci əldən orijinal məlumat almaq, siyasi mövqeyi təmsil etmək və lazım gələrsə Macarıstan vətəndaşlarının xeyrinə fəaliyyət göstərmək imkanı yaradır.
"Macarıstan Yaxın Şərq regionunun sülh və sabitliyində maraqlıdır və bundan əlavə, biz bölgədə yaşayan xristian icmalarına xüsusi diqqət yetiririk, onlara humanitar yardım göstərməyə davam edirik. Biz həmişə xristian icmalarının hüquqlarına hörmət etmək üçün səsimizi ucaldırıq. Bu, Suriya ərazisində olanlar üçün də aiddir. Bütün bunlarla yanaşı, Dəməşqə qayıdan səfirimiz Qərb diplomatları arasında son həftələrdə xristian icmalarının necə yaşadığı barədə məlumat verən iki ən böyük xristian məzhəbinin liderlərini ziyarət edən ilk və indiyə qədər yeganə şəxs idi" deyə nazir bildirib.
Töhfə Səməd
tag: Macarıstan,Şərq ,Region, Dəməşq, todaypress.az,