Macarıstan Rusiya-Ukrayna danışıqlarını şərh etdi

Dünya

13.05.2025 15:20

16

Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası münaqişənin həlli baxımından daha real perspektiv vəd edir. 

TodayPress xəbər verir ki, bu barədə Macarıstanın siyasi analitiki Zoltan Kiselli “RİA”ya açıqlamasında bildirib.

“Üç ildən sonra birbaşa danışıqların bərpa olunması özü-özlüyündə müsbət haldır. Çünki bu münaqişəni yalnız həmin iki ölkə dayandıra bilər”  deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, Qərb və Ukraynanın özü demilitarizasiya və denasifikasiya məsələlərinə qarşı müqavimət göstərə bilər, bu isə danışıqlar prosesini çətinləşdirə bilər.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Macarıstan,Danışıqlar,İstanbul,todaypress.az,