Macarıstan Rusiya qazının tədarükü məsələsini müzakirə etdi

Dünya

30.08.2024 17:28

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller ilə Rusiyadan Macarıstana qaz nəqli məsələlərini müzakirə edib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Xarici işlər nazirinin sözlərinə görə, Rusiya qazı olmadan Macarıstanın enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. 

"Bu, siyasətlə bağlı deyil, fizika və riyaziyyatla bağlıdır" deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Macarıstan, Peter Siyarto, Rusiya, Qazprom, Aleksey Miller , todaypress.az,