Macarıstan Rusiya məsələsində Aİ-yə boyun əyəcək

Dünya

27.01.2025 13:05

Macarıstan Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri toplantısında Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı ittifaqa güzəştə gedəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Qeyd olunur ki, Budapeşt "Macarıstanın “enerji təhlükəsizliyi” ilə bağlı narahatlıqlarına həsr olunmuş” bəyanat müqabilində razılaşmaya razı olacaq. Nəşrin məlumatına görə, saziş Aİ xarici işlər nazirlərinin yanvarın 27-si üçün planlaşdırılan görüşü zamanı rəsmiləşdiriləcək.

Töhfə Səməd

tag: Macarıstan ,Brüssel,Aİ,XİN,Budapeşt,todaypress.az,