Macarıstan Qərbi və Şərqi dialoq qurmağa çağırdı

Dünya

27.09.2024 09:57

“Qərb və Şərq sivil dialoq qurmalı və Ukrayna münaqişəsinin həlli yolunu tapmalıdır. 

Bu, dünyanı dönməz nəticələrdən qorumaq üçün edilməlidir”

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto  bildirib.

Diplomat Rusiya prezidenti Vladimir Putinin ölkənin nüvə doktrinasını yeniləmək qərarını belə şərh edib.

“Nə qədər ki, Şərqlə Qərb arasında sivil dialoq yoxdur, nə qədər ki, müharibə davam edir, geri dönməz inkişaf riski qalacaq. Şərqlə Qərb arasında dialoqun bərpası bizi nəticələrdən xilas edə bilər” deyə Siyarto qeyd edib. 

Günəş Mərd

tag: Macarıstan, Qərb , Şərq ,Putin, Siyarto,Xarici İşlər Nazirliyi ,todaypress.az,