Macarıstan peycerlərin tədarükündə iştirak edib?

Dünya

21.09.2024 17:20

Macarıstan Livanda partlayan peycerlərin tədarükü ilə məşğul olmayıb. 

TodayPress xəbər verir ki, bu barədə Macarıstan kəşfiyyat xidmətinin bəyanatında bildirilir.

Bəyanatda bu cihazların nə istehsalı, nə də modifikasiyası ilə heç bir Macarıstan şirkətinin iştirak etmədiyi vurğulanır.

Qeyd edək ki, sentyabrın 18-də Tayvanın “Gold Apollo” peycer şirkəti Livanda partlayan rabitə cihazlarının Macarıstanın “BAC Consulting KFT” şirkəti tərəfindən layihələndirildiyini və istehsal edildiyini bildirmişdi.

Günəş Mərd

tag: Livan, Macarıstan, Kəşfiyyat, Tayvan ,Gold Apollo, todaypress.az,