Macarıstan Parisdəki görüşə qarşıdır
Dünya
17.02.2025 19:20
Macarıstan Xarici İşlər Nazirliyi Parisdə keçiriləcək Avropa İttifaqına (Aİ) üzv bir sıra ölkə liderlərinin fövqəladə iclasını Ukraynadakı münaqişənin həllinə mane olmaq cəhdi kimi qiymətləndirib.
TodayPress xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
“Bu gün hərbi həll tərəfdarı olan, Trampa qarşı çıxan və narazı Avropa liderləri Parisdə toplaşacaq ki, Ukrayna böhranının sülh yolu ilə həllinə mane olsunlar” deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto Qazaxıstanda keçirdiyi mətbuat konfransında bildirib.
Qiymət Mahir
tag: Macarıstan ,Paris,Avropa İttifaqı,Peter Siyarto,todaypress.az,