Macarıstan-NATO münasibətləri "qaynama nöqtəsinə” yaxınlaşır
Dünya
31.10.2024 09:46
"ABŞ Macarıstanın Moskva və Pekindən artan asılılığından və onun mümkün nəticələrindən narahatdır".
TodayPress "Politico"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin Budapeştdəki səfiri Devid Pressman deyib.
Onun sözlərinə görə, bu mövzu oktyabrın 30-da Budapeştdə keçiriləcək səfirlərin və hərbi attaşelərin sammitində müzakirə edilməli olsa da, Macarıstan rəsmiləri görüşə dəvətə məhəl qoymayıblar:
"Macarıstanın son hərəkətləri və ritorikası NATO-nun ciddi narahatlığına səbəb olur. Görüş Macarıstana müttəfiqlərinə özünü izah etmək üçün faydalı bir fürsət olardı, lakin onun nümayəndələri müzakirələrdə iştirak etmədilər".
"Politico" qeyd edib ki, NATO müttəfiqləri arasında məyusluq artıq qaynama nöqtəsinə çatıb. Alyans hesab edir ki, Budapeşt "Rusiya ilə flört etməyə" davam edir.
Günəş Mərd
tag: NATO, Macarıstan, Görüş, Rusiya, Alyans, todaypress.az,