Macarıstan bu il 5 milyonuncu turistini qarşıladı

Dünya

08.05.2025 23:00

12

Macarıstan mayın 6-da 2025-ci il üzrə 5 milyonuncu turistini qarşılamaqla turizm sahəsində yeni mərhələyə qədəm qoyub. 

TodayPress xəbər verir ki, bu barədə “Visit Hungary” təşkilatı məlumat yayıb.

Milli Turizm Məlumat Təchizatı Mərkəzinin (NTAK) açıqladığı statistikaya görə, ilin əvvəlindən bəri ölkədə 2,4 milyon daxili və 2,6 milyon beynəlxalq turist yerləşmə obyektlərində qalıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.

NTAK bu artımı Pasxa bayramı ilə əlaqədar yüksək tələbat, məktəb tətilləri və may ayının əvvəlindəki uzun həftəsonu ilə əlaqələndirib. Eyni zamanda, hava şəraitinin əlverişli keçməsi də mühüm amil olub.

“Visit Hungary” bildirir ki, daxili turizm ötən illə müqayisədə 6 faiz artıb. Yerli turistlər arasında ən populyar istiqamətlər Matra-Bukk bölgəsi, Budapeşt ətrafı, Debretsen, Tokay və Nyiregyhaza olub. Turistlərin yarıdan çoxu hotellərdə qalıb, sifarişlərin 56 faizi dördulduzlu otellərə aid olub.

Beynəlxalq turistlərin əksəriyyəti Almaniya, Rumıniya, İtaliya, Britaniya və Avstriyadan gəlib. Budapeşt şəhərində xarici turistlərin sayı 20 faiz artıb, xüsusilə İtaliya, Britaniya, Almaniya, İspaniya və İsraildən gələnlər üstünlük təşkil edib. Paytaxtdan kənarda isə Sarvar və Hevizdə yerləşən termal kurortlar əsas maraq mərkəzində olub.

Qiymət Mahir

tag: Macarıstan ,Dünya,Turist,Turizm,todaypress.az,