Macarıstan bir milyard vəsait itirə bilər

Dünya

05.12.2024 13:07

Macarıstan Avropa İttifaqının və onun ixtisaslaşmış fondlarının sərəncamında olan təxminən bir milyard avronu itirə bilər. 

TodayPress xəbər verir k, bu barədə “Politico” yazıb.   

Qeyd olunub ki, bu, 2024-cü ilin sonuna qədər Budapeşt Brüsselin demokratiya və qanunun aliliyi sahəsində islahatlar aparmaq tələblərini yerinə yetirməsə baş verəcək.

Məlumata görə, Avropa Komissiyasının büdcə, fırıldaqçılıq və dövlət idarəçiliyi üzrə komissarı Petr Serafin Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka ilə görüşdən sonra deyib ki, Macarıstanın icma maliyyələşdirməsinin qarşısını almaq üçün Brüsseldə gördüyü işlər onların arzuladığı kimi deyil.

Aİ qaydalarına əsasən, hər hansı üzv ölkənin Avropa Komissiyası tərəfindən tutulan vəsaiti geri qaytarmaq üçün iki il vaxtı var. Bildirilib ki, bu, hər bir ölkə üçün, xüsusən də Macarıstan üçün böyük puldur.

Günəş Mərd

tag: Avropa, Macarıstan, Brüssel, Komissiya, todaypress.az,