Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 6.5 milyard avro ayrılmasına qarşı çıxdı
Dünya
23.07.2024 22:32
Macarıstan Avropa Sülh
Fondundan Ukraynaya 6.5 milyard avro ayrılmasına qarşı çıxıb.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları
ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr
naziri Peter Siyarto deyib.
Siyarto qeyd edib ki, digər Aİ
nazirləri ona son dərəcə güclü təzyiqlər ediblər, lakin Macarıstan öz mövqeyində
möhkəm dayanacaq.
O, həmçinin xatırladıb ki, Macarıstan Avropa Sülh Fondunun vəsaitlərinin Ukraynaya yardım üçün istifadəsinə etirazını davam etdirir, çünki ölkənin hakimiyyət orqanları macar şirkətlərini beynəlxalq müharibənin sponsorları siyahısına daxil etmək təhlükəsini aradan qaldırmayıb.
tag: Macarıstan, Ukrayna, Avropa Sülh Fondu, Hərbi yardım,todaypress.az,