Macarıstan Avropa Komissiyası qarşısında cavab verməli olacaq
Dünya
20.08.2024 12:28
Macarıstan Avropa Komissiyasının ruslara və belaruslara viza verilməsinin sadələşdirilməsi səbəbindən Şengen ölkələrinin milli təhlükəsizliyi ilə bağlı suallarına vaxtında cavab verməyib.
TodayPress xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.
Macarıstanın sözügedən qərarına etiraz edən bir sıra avropalı rəsmi bildirib ki, bu, casusların Avropaya nüfuz etməsinə şərait yaradacaq.
Qeyd edək ki, Komissiyanın Macarıstanın cavab verməsi üçün ayırdığı müddət 19 avqustda başa çatıb.
Töhfə Səməd
tag: Macarıstan, Avropa, Komissisya, Belarus,Rusiya, todaypress.az,