Macarıstan Avropa İttifaqına çağırış etdi

Dünya

17.07.2024 10:10

Macarıstan Avropa İttifaqını Ukrayna böhranını həll etmək üçün Rusiya ilə kommunikasiya kanallarını açmağa  çağırıb.

TodayPress xəbər verir ki, bu barədə  Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib: 

“Strategiya, legitimliyi diplomatik kanallara qaytarmağa, Ukrayna ilə yüksək səviyyədə əlaqə saxlamaqla kommunikasiya kanallarını açmaqla sülhə ümidi bərpa etməyə əsaslanır” deyə Siyarto vurğulayıb. 

Qeyd edək ki, bundan əlavə, Macarıstan XİN rəhbəri bildirib ki, Avropa İttifaqı rəhbərliyinin təhdidləri və şantajı Macarıstanı Ukrayna münaqişəsinin həlli üzrə dinc missiyasını dayandırmağa məcbur etməyəcək. 

Günəş Mərd

tag: Macarıstan, Avropa, Peter Siyarto, XİN, Ukrayna, todaypress.az,