Macarıstan AK-nin 2027-ci ilə qədər Rusiya qazından imtina planına qarşıdır
Macarıstan Avropa Komissiyasının (AK) 2027-ci ilə qədər Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazının tədarükünü tamamilə qadağan etmək planına qarşıdır.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "M1" telekanalının yayımladığı videomüraciətində bildirib.
O qeyd edib ki, sözügedən plan Aİ ölkələrinin suverenliyini pozur, çünki bu, onları enerji mənbələri seçimindən məhrum edir.
“Biz bunu etməkdən imtina edirik. Ukraynaya əsassız və ölçüyəgəlməz subsidiyaların bədəlini ödəməkdən imtina edirik. Ukraynanın Aİ-yə çox sürətli şəkildə daxil olmasının bədəlini ödəməyə hazır deyilik” Siyarto Brüsselin yeni təşəbbüsünü şərh edərkən deyib.
tag: Macarıstan, Avropa Komissiyası, Avropa İttifaqı, Peter Siyarto,