Macarıstan Aİ-yə buraxılmadı, səbəb Ukraynadır
Dünya
23.07.2024 13:04
Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borel Macarıstanı xarici işlər və müdafiə nazirlərinin növbəti görüşünə ev sahibliyi etmək hüququndan məhrum edib.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Səbəb isə Macarıstanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi olub. Bildirilib ki, ölkənin baş naziri Viktor Orbanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirməsi Şuranı olduqca qəzəbləndirib. Borelin sözlərinə görə, Macarıstan etdiyi əmələ görə cavab verməli idi. O, bu xəbərdarlığı simvolik siqnal adlandırıb.
Qurumun bu addımına münasibət bildirən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “mən heç kimin xətrinə dəymək istəmirəm, amma sanki uşaq bağçasındayıq” deyə vurğulayıb.
Qeyd edək ki, Aİ-nin digər 26 ölkəsindən yalnız Slovakiya Macarıstanı dəstəkləyib. Qalan nümayəndələr əleyhinə səs verib.
Töhfə Səməd
tag: Macarıstan, Ukrayna, Moskva, Orban,Peter Siyarto, todaypress.az,