Macarıstan Aİ qanunlarını pozmaqda ittiham olunur

Dünya

10.09.2024 17:45

Macarıstanın Brüsselə miqrant göndərmək vədini yerinə yetirməsi Avropa İttifaqının (Aİ) qanunlarını poza bilər. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Anita Hipper bildirib.

“Belə hərəkətlər Şengen məkanının təhlükəsizliyinə xələl gətirə bilər” deyə o, qeyd edib.

Komissiya nümayəndəsinin sözlərinə görə, AK bu əməldən çəkinməsi üçün Budapeştlə əlaqə saxlayır.

Xatırladaq ki, avqust ayında Macarıstanın baş naziri Viktor Orbanın ofisinin rəhbəri bildirmişdi ki, Brüssel miqrantları qəbul etmək istəsə, Budapeşt onları ora göndərəcək.

Töhfə Səməd

tag: Macarıstan ,Avropa ittifaqı ,Viktor Orban ,Brüssel ,Budapeşt, todaypress.az,