Macarıstan Aİ-nin Gürcüstanla bağlı qərarından imtina etdi
Dünya
28.01.2025 11:40
Macarıstan Avropa İttifaqının (Aİ) qərarına zidd olaraq gürcü diplomatları üçün vizasız rejimi ləğv etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ-nin xarici işlər nazirlərinin görüşündən sonra macar jurnalistlərə bildirib.
O bildirib ki, Gürcüstanın gələcəyi ilə bağlı qərar Brüsseldə yox, ölkənin özündə verilməlidir.
Gürcüstan Xarici İşlər Nazirliyi diplomatik vizaların dayandırılması qərarını “texniki qərar” adlandırıb. “Avropa İttifaqı Şurasının bu qərarını hansı ölkənin yerinə yetirəcəyini müşahidə edəcəyik. Aİ ilə daha geniş müstəvidə əlaqələrin olması bizim üçün çox vacibdir” deyə departamentdən bildirilib.
Yanvarın 27-də Aİ xarici işlər nazirləri diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün viza rejiminin dayandırılmasını təsdiqləyiblər. Artıq Gürcüstan diplomatları aşağı viza rüsumlarından və daha qısa müraciət müddətindən yararlana bilməyəcəklər.
Töhfə Səməd
tag: Macarıstan ,Aİ,Peter Siyarto,Gürcüstan,XİN,todaypress.az,