Macarıstan ABŞ-nin keçmiş prezidentinin xatirəsini qoruyacaq
Dünya
30.12.2024 10:00
Macarıstanın baş naziri Viktor Orban ABŞ-nin 39-cu prezidenti Cimmi Karterin xatirəsini yad edib.
TodayPress xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki “X” səhifəsində yazıb.
Orban Karter ailəsinə və ABŞ xalqına başsağlığı verib. O, həmçinin ABŞ-nin keçmiş prezidentinin xatirəsini Macarıstanda yaşatmağa söz verib.
“1970-ci illərin sonunda o, Müqəddəs Tacı Macarıstan xalqına qaytarmaqla, bədbin bir zamanda azadlıqsevər macarlara ümid verdi” deyə Orban bildirib.
Xatırladaq ki, Karter 100 yaşında vəfat edib. Onun oğlu, keçmiş Amerika prezidenti III Ceyms Karter atasının ölümünü təsdiqləsə də, səbəbini açıqlamayıb. Sadəcə keçmiş prezidentin son illərdə dəri xərçənginin aqressiv forması ilə mübarizə apardığı məlumdur.
Töhfə Səməd
tag: Macarıstan,Viktor Orban,ABŞ,Cimmi Karter,Müqəddəs Tac,III Ceyms Karter,todaypress.az,