Macarıstan ABŞ ilə yeni müttəfiqliyə hazırlaşır
Dünya
04.02.2025 19:20
Macarıstan yaxın gələcəkdə ABŞ ilə sərfəli razılaşma imzalayacaq və bunu Avropa İttifaqından (Aİ) kənar şəkildə edəcək.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban öz sosial şəbəkə hesablarında yazıb.
Orbanın sözlərinə görə, Budapeşt və Vaşinqton arasında planlaşdırılan iqtisadi saziş Aİ-dən yan keçməklə əməkdaşlığın davam etməsinə imkan yaradacaq.
“Donald Trampın geri qayıdacağını bilirdik və hazırlaşmışdıq. Daim danışıqlar aparırıq və yeni administrasiya ilə sərfəli razılaşma əldə edəcəyik” deyə Orban qeyd edib.
Baş nazir əlavə edib ki, Aİ və onun rəhbərliyi üçün çətin aylar başlayır. O, bunu Trampın siyasəti ilə əlaqələndirib. Orbanın fikrincə, ABŞ lideri Vaşinqtonun maraqlarını qorumaq üçün Avropaya qarşı getməkdən çəkinməyəcək.
Qiymət Mahir
tag: Macarıstan,ABŞ,Aİ,Viktor Obran,Budapeşt,Vaşinqton,Donald Tramp,todaypress.az,