Lüksemburqda nadir qədim Roma sikkələri tapıldı

Dünya

20.01.2025 13:10

Lüksemburqda arxeoloqlar ümumi dəyəri 308 min avrodan (539 min manat) çox olan 141 nadir qədim Roma sikkəsi aşkar ediblər. 

TodayPress xəbər verir ki, bu barədə "Popular Science" məlumat yayıb.

Arxeoloqlar ölkənin şimalında aparılan qazıntılar zamanı Qərbi Roma İmperiyasında eramızın 364-408-ci illəri arasında zərb edilmiş sikkələr tapıblar. Lakin proses heç də asan baş tutmayıb. Belə ki, orada İkinci Dünya Müharibəsindən qalma bir neçə partlamamış hərbi sursat tapılıb. Buna görə də arxeoloqlar qazıntı sahəsinə istehkamçıları çağırmalı olublar. Lakin nəticədə milyon avropluq sikkələr tam formada çıxarıla bilib. 


Töhfə Səməd

tag: Lüksemburq,Roma,Maraqlı, Tarix,todaypress.az,