Lukaşenkonun devrilməsi cəhdində əli olanların kimliyi bəlli oldu
Dünya
11.12.2024 18:48
“Ukrayna Silahlı Qüvvələrinə daxil olan “Kalinovski alayı”nın üzvləri Belarus prezidentini devirmək cəhdində rol oynaya bilər”.
TodayPress xəbər verir ki, bunu “Avropa həqiqəti” nəşrinə müsahibəsində adı çəkilən respublikanın prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya deyib.
“Belarusu azad edə bilən “Kalinovski alayı”nın döyüşçüləridir. Mən bunun sülh yolu ilə baş verməsini istərdim, amma bunun necə olacağını heç kim bilmir” dayə o, bildirib.
Tixanovskaya Ukrayna Silahlı Qüvvələrinin könüllü birləşməsinin köməyi ilə Lukaşenkonun zorla devrilməsinin mümkünlüyü barədə fikirlərini bildirib. Onun sözlərinə görə, bir çox belaruslar bu bölməyə hörmət edirlər.
O, əlavə edib ki, müxalifət müxtəlif ssenarilərə hazır olmalıdır.
Xatırladaq ki, noyabrın 22-də Lukaşenko yeni kütləvi etirazlar olacağı təqdirdə internetin bağlanması ilə bağlı xəbərdarlıq edib.
Töhfə Səməd
tag: Lukaşenko ,Belarus, Ukrayna ,Avropa,Todaypress.az,