Lukaşenkonu təhqir edənlər cəzalandırılacaq

Dünya

12.08.2024 16:50

Belarusda ölkə başçısına, o cümlədən səlahiyyətli şəxslərə (artıq vəzifədə olmasalar belə) qarşı təhqir, zorakılıq, hədə-qorxu gələnlər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

TodayPress xəbər verir ki, sənəd rəsmi internet protalında yayımlanıb. Müvafiq qanun layihəsi parlamentə təqdim edilib. Bildirilib ki, həmin şəxslər 3 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər. 

Bundan əlavə, qanun layihəsinə terrorla mübarizə əməliyyatı zamanı, habelə fövqəladə və ya hərbi vəziyyət zamanı Belarus ordusunun bölmələrinin yeri və ya hərəkəti haqqında məlumatların yayılmasına görə də, məsuliyyətə cəlb olunma daxildir.

Töhfə Səməd

tag: Belarus, Lukaşenko, Hədə-Qorxu, Parlament,Təhqir, todaypress.az,