Lukaşenkodan siyasi məhbuslarla bağlı İLGİNC TƏKLİF

Dünya

20.07.2024 15:58

1715

“Belarusdakı qasırğanın yaratdığı fəsadların aradan qaldırılmasına məhbusları cəlb etmək lazımdır”.

TodayPress, “RBK.RU”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.  

“Mən artıq daxili işlər nazirinə tapşırmışam. Bizdə 20 mindən çox məhbus var. Onlar heç olmasa, belə fəlakətlər zamanı ölkəyə kömək etməlidirlər” deyə Lukaşenko bildirib. O, qasırğanı müharibə ilə müqayisə edib. 

Qeyd edək ki, iyulun 13-14-də Belarusda tufanla müşayiət olunan güclü qasırğa baş verib. Əlverişsiz hava şəraiti səbəbindən azı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Günəş  Mərd

tag: Lukaşenko, Belarus, Siyasi Məhbuslar, Qasırğa, todaypress.az,