Lukaşenko: “Ukrayna üzrə sülh danışıqlarına alternativ yoxdur”

Dünya

24.08.2024 10:55

“Hazırkı şəraitdə Ukrayna üzrə sülh danışıqlarına alternativ yoxdur”.

TodayPress xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, Minsk regionda təhlükəsizliyi təmin etmək üçün əlindən gələni edəcək.

Lukaşenkonun sözlərinə görə, Belarus Ukrayna xalqına həmişə hörmətlə yanaşıb. Ukrayna sakinlərinə əmin-amanlıq, firavanlıq arzulayıb.

 

Günəş Mərd

tag: Ukrayna,Sülh,Danışıqlar,Lukaşenko, Belarus,Prezident, todaypress.az,