Lukaşenko: "Rusiya sülhə hazırdır"
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Ukrayna ilə münaqişədə təkcə atəşkəsə deyil, sülhə də çoxdan hazırdır.
TodayPress xəbər verir ki, o, bu fikri "NBC" telekanalına verdiyi müsahibədə səsləndirib.
Lukaşenko hesab edir ki, münaqişənin həllində əsas məsuliyyət Rusiyaya deyil, ABŞ və Ukraynaya aiddir.
Belarus lideri həmçinin Çin prezidenti Si Cinpinin Moskvaya səfərinin Pekinin Rusiyaya dəstəyini nümayiş etdirdiyini qeyd edib. O, Moskvada keçirilən Qələbə Gününə həsr olunmuş hərbi paradı isə “son illərin ən yaxşısı” adlandırıb.
Türkan İsgəndərli
tag: Belarus,Lukaşenko,Ukrayna,Rusiya,todaypress.az,