Lukaşenko Qərbin Belarusa paxıllığından danışdı

Dünya

19.10.2024 17:00

1712

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin nümayəndələri ilə danışıqlar aparıb. 

TodayPress xəbər verir ki, o, bu barədə ölkənin Birinci İnformasiya Kanalının efirində bildirib.

“Qərb dövlətlərinin nümayəndələri ilə çox mürəkkəb, çətin, lakin maraqlı danışıqlar apardıq. Onlarla söhbət edərkən bizi necə yaxından izlədiklərini anladım. Necə də diqqətlə səhvlərimizi axtarır, uğurlarımızı öyrənirlər” deyə o, vurğulayıb. 

Dövlət başçısı qeyd edib ki, danışıqlar mediadan uzaq aparılanda Qərb nümayəndələri açıq və dürüst danışırlar.

Onun sözlərinə görə, ən zəngin ölkələrin nümayəndələri Belarus xalqına həsəd apardıqlarını deyiblər. Buna səbəb isə belarusluların işləməyi, yaşamağı, bayram etməyi sevmələri və öz inkişaf yolunu tapmalarıdır.

Töhfə Səməd

tag: Qərb, Lukaşenko, Paxıllıq, Belarus, Prezident, todaypress.az,