Lukaşenko: “Qərb münaqişələri alovlandırmaqla məşğuldur”
Dünya
17.08.2024 14:41
“Qərb hər zaman olduğu kimi milyonlarla insanın məcburi köçkün düşməsinə səbəb olan münaqişələri alovlandırmaqla məşğuldur”.
TodayPress-in xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Qlobal Cənubun Səsi” adlı sammitdə bildirib.
O, həmçinin, Qərbin hökmran olduğu dövrün başa çatdığını söyləyib. Bildirib ki, Cənub və Şərq ölkələri qlobal tərəqqinin və iqtisadi gücün mərkəzinə çevrilir. Belarus lideri baş verənlərin səbəbini Qlobal Qərbin faydalı qazıntılara malik inkişaf etməkdə olan ölkələrin təbii resurslarını qəsb etmək istəyi ilə əsaslandırıb:
“Bu gün dünyanın bir çox nöqtəsində gedən müharibələr transmilli korporasiyaların gəlirinin ağlasığmaz templə artmasına səbəb olur. Silahlanma yarışı da misilsiz templə davam edir. Bu gün inkişaf etməkdə olan ölkələr başa düşməlidir ki, dayanıqlı sülh olmadan və qlobal münaqişələr həll edilmədən tərəqqidən danışmaq mümkün deyil”.
tag: Aleksandr Lukaşenko, Belarus, Şərq, Qərb, Prezident, todaypress.az,