Lukaşenko: “Polşaya qarşı Ukraynaya kömək edəcəyik”
Dünya
04.10.2024 17:25
Belarus prezidenti Aleksandr Lukaşenko Polşaya qarşı Ukraynaya kömək edəcəyinə söz verib.
TodayPress xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.
“Əgər polyaklar Ukraynaya girib Qərbi parçalamağa çalışsalar, biz ukraynalıları dəstəkləyəcəyik. Çünki biz başa düşürük ki, növbəti hədəf biz olacağıq” deyə Belarus lideri bildirib.
Onun sözlərinə görə, Belarusun qərb hissəsi və Ukrayna Polşanın ərazi iddiaları zonasındadır.
Günəş Mərd
tag: Belarus ,Prezident ,Lukaşenko ,Polşa, Qərb ,todaypress.az,