Lukaşenko növbəti seçkilər üçün namizədliyini irəli sürdü
Dünya
26.10.2024 14:45
Belarus dövlətinin başçısı Aleksandr Lukaşenkonun 2025-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun qeydə alınmasına dair sənədlər Belarus Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
TodayPress xəbər verir ki, bu barədə “BELTA” agentliyi məlumat yayıb.
Bildirilib ki, Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Yuri Senko Lukaşenkonun prezidentliyə namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupuna rəhbərlik edəcək.
Qeyd edək ki, Lukaşenko oktyabrın 23-də yenidən prezidentliyə namizəd olmaq qərarına gəldiyini elan edib.
Töhfə Səməd
tag: Belarus, Lukaşenko,Qərar, Mərkəzi Seçki Komissiyası, todaypress.az,