Lukaşenko müharibə elan etmək şərtini açıqladı

Dünya

05.10.2024 09:14

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə rəhbərinin helikopterinə hücum müharibə elan etmək üçün səbəb olacaq. 

TodayPress xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb. 

Onun sözlərinə görə, bölgələrə baxış keçirərkən səmada pilotsuz təyyarələr aşkarlanıb. Bu səbəbdən Pinsk bölgəsinə uçuşu bir saat təxirə salmaq qərara alınıb. 

“Prezidentin helikopterini vurmaq müharibədir” deyə Lukaşenko qeyd edib. 

Günəş Mərd

tag: Belarus ,Prezident ,Lukaşenko ,Pinsk ,Helikopter, todaypress.az,