Lukaşenko: “Minskə Moskvadan Kiyevə tərəf dönmək təklif edilir”
Minskə Moskvadan üz çevirib Kiyevə üz tutmaq təklifləri verilir.
TodayPress “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko danışıb.
"İndi bizə məsləhət görürlər ki, Rusiyaya arxa çevirib, Ukrayna ilə birgə ona qarşı vuruşaq” deyə o bildirib.
Lukaşenkonun sözlərinə görə, bu, hazırda Minsk üçün 99 faiz qəbuledilməzdir.
Belarus prezidenti onu da qeyd edib ki, ölkə çox çətin dövr yaşayır. Minsk eyni vaxtda Qərbin respublikada sabitliyi pozmaq planlarını izləməlidir.
Günəş Mərd
tag: Moskva, Lukaşenko, Belarus ,Rusiya, Minsk, todaypress.az,