Lukaşenko MDB ölkələrinə xəbərdarlıq etdi
Dünya
08.08.2024 16:05
“Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr Moskvaya qarşı tətbiq edilən sanksiyalara görə Rusiya ilə əməkdaşlıqdan imtina edə bilməzlər, çünki təşkilat dövlətlərinin rifahı bir-birindən asılıdır”.
TodayPress xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, əlavə edib ki, MDB ölkələrinin yalnız bir-birinə ehtiyacı var və buna görə də dövlətlər bir yerdə olmalıdırlar:
“Belarus xalqının rifahı naminə biz Rusiya ilə məsafə saxlayacıq. Qorxuruq ki, Rusiyaya yönəlmiş sanksiyalar Belarusa da toxunsun” deyə Aleksandr Lukaşenko əlavə edib.
Töhfə Səməd
tag: Lukaşenko, Belarus, Rusiay, MDB,Moskva, todaypress.az,