Lukaşenko hakimiyyətdən getməyə hazırlaşır

Dünya

18.08.2024 18:00

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, ölkə sakinlərini onun gələcək dövlət başçısı postundan getməsinə hazırlayır.

TodayPress xəbər verir ki, bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb.

“Mən insanları prezidentlikdən getməyimə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Mən inqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Və bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma ümumiyyətlə insanlar özlərini rahat hiss edirlər” deyə o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko bildirmişdi ki, Belarusda istənilən vaxt prezident seçkiləri keçirilə bilər.

Karpenko əlavə edib ki, 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməli olan seçkilər 2022-ci ildə başlanan genişmiqyaslı modernləşməni tamamlayacaq. O xatırladıb ki, həmin referendumla Belarus Konstitusiyasına əlavə və dəyişikliklər edilib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib ki, artıq potensial təşkilatçıların hazırlanmasına başlanılıb. Kurslar regional təhsilin inkişafı institutlarının bazasında aparılır. Əlavə avadanlıqlar alınır, seçki məntəqələrinin təşkili üçün yerlər müəyyənləşdirilir.

Töhfə Səməd

tag: Lukaşenko, Belarus,Prezident,Seçkilər,MSK,Namizəd, todaypress.az,