Lukaşenko: "Dünyanın 50 ölkəsi Ukraynaya, Rusiyaya isə yalnız Belarus kömək edir"

Dünya

12.09.2024 21:46

"Dünyanın 50 ölkəsi silahlı münaqişədə Ukraynaya, Rusiyaya isə yalnız Belarus kömək edir".

 

TodayPress xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

 

Siyasətçi Rusiya və Ukraynanı dəstəkləyən ölkələrin sayını müqayisə edərək, Moskva ilə Minsk arasında ikitərəfli razılaşmalara işarə edib.

 

"Dünyanın 50 ölkəsi Ukraynaya kömək edir və yalnız Belarus Rusiyaya kömək edir, çünki biz qanuni və faktiki olaraq bunu etməliyik" o bildirib.

 

O əlavə edib ki, Ukrayna Qərbdən əvvəl Minskə qarşı sanksiyalar tətbiq edib.


Aynur TAC

tag: Rusiya, Ukrayna, Lukaşenka, Belarus,todaypress.az,