Lukaşenko: “Bu il ölkədə ciddi şəkildə nizam-intizam yaradılacaq”

Dünya

20.04.2025 18:30

6

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin ölkədə “nizam-intizam ili” olacağını bəyan edib. 

TodayPress xəbər verir ki, prezident bu fikirləri Toloçin şəhərində yerləşən pravoslav məbədini ziyarət edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, məbədə gələrkən rayon icra hakimiyyətinin sədri ilə Tolocin rayonunun vəziyyəti barədə müzakirə aparıb. Onun sözlərinə görə, Tolocin rayonu təkcə Vitebsk vilayətinin deyil, ümumilikdə ölkənin ən yaxşı rayonlarından biri hesab olunur.

Bununla belə, prezident torpaqlarda qayda-qanunun yaradılması məsələsinə xüsusi diqqət ayırıb və xəbərdarlıq edib ki, Vitebsk vilayətində, xüsusilə heyvan itkiləri ilə bağlı ciddi yoxlamalar aparılacaq:

“Mən gördüm ki, bizdən kifayət qədər dəstək alan bəzi şəxslər işlərini yaxşı qurmurlar. Kilsədə yalan danışmazlar – sizə açıq deyirəm: bu il ölkədə nizam-intizam baxımından çox ciddi olacaq”.

Lukaşenko qeyd edib ki, “Abadlıq ili” təkcə küçələrin süpürülməsi və ağacların əkilməsi demək deyil. Onun sözlərinə görə, kənddə yaşayan hər bir vətəndaş, eləcə də şəhər sakinləri öz həyətyanı sahələrində qayda-qanun yaratmalıdır.

Prezident əlavə edib ki, ölkədə boş və baxımsız torpaq sahələri olmamalıdır.

Qiymət Mahir

tag: Belarus,Prezident,Lukaşenko,Dünya,todaypress.az,