Lukaşenko: “Belarusun seçkilərdə “Amerika şousu”na ehtiyacı yoxdur”
Dünya
03.01.2025 16:43
“Belarusda prezident seçkiləri “Amerika şousu” istisna olmaqla, bayram kimi keçirilməlidir”.
TodayPress “BELTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə prezident seçkilərinin təşkili barədə danışarkən bildirib.
“Seçkilər bayram kimi keçirilməlidir. Bizə insanların qulağına və ya başına atəş açdığı “Amerika şousu” lazım deyil” deyə o vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, Minsk seçkilərin ləyaqətlə keçirilməsini təmin etməlidir.
Qeyd edək ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.
Günəş Mərd
tag: Belarus ,Lukaşenko, Prezident, Seçki, todaypress.az,