Lukaşenko: "Belarus başqa ölkələrin tərkibinə daxil olmayacaq"

Dünya

08.05.2025 13:20

11

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi başqa dövlətlərin bir hissəsi olmağı planlaşdırmır. 

TodayPress xəbər verir ki, o, bu fikri Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılışında səsləndirib.

Lukaşenko qeyd edib ki, Belarus gələcəyə yönəlməli və müasir obyektlər yaratmalıdır: 

“Əks halda daim müdafiəsiz və zəif durumda olacağıq. Belarus heç bir ölkəyə daxil olmaq fikrində deyil və müstəqil qalmaq istəyir".

Prezidentin sözlərinə görə, Belarusda ən qabaqcıl texnologiyalar öyrənilir və bu, ölkənin inkişafının əsas yoludur.

Türkan İsgəndərli

tag: Belarus,Lukaşenko,Minsk,Dünya,todaypress.az,