Los-Ancelesdə meşə yanğınları baş verən bölgədə 50-yə yaxın şəxs həbs edildi

Dünya

14.01.2025 08:45

Los-Anceles də  hüquq-mühafizə orqanları yanğınla əlaqədar  50-yə yaxın şəxsi həbs edib.

 

TodayPress-in məlumatına görə, bu barədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna açıqlama verib.


O bildirib ki, 34 nəfər İton və Paliseyds bölgələrində həbs olunub.


Onlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimi müxtəlif cinayətlərdə ittiham olunublar. Los-Anceles Polis Departamenti isə şəhər daxilində 14 nəfəri həbs edib.


Hazırda  89 min sakinə təxliyə xəbərdarlığı anonsu verilib.


Aynur TAC

 

tag: Amerika Los- Anceles, Robert Luna, İton, Həbs, Təxliyə, todaypress.az,