Los-Ancelesdə 150 ​​mindən çox sakin təxliyə edildi

Dünya

11.01.2025 22:48

Los-Anceles bölgəsində 153 min insan təxliyə edilib.

TodayPress xəbər verir ki, bu barədə  “TASS” Los-Anceles dairəsinin rəhbəri Robert Luna mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, təxminən 153 min nəfərin təxliyəsi əmri verilib, 166 min nəfər üçün potensial təxliyə bildirişi aktiv olaraq qalmaqdadır.

O əlavə edib ki, yanğın hələ də 57 min bina üçün təhlükə yaradır.

Məlumata görə, meşə yanğınlarında ən azı 11 nəfərin ölüb, 13 nəfərin isə itkin düşdüyünü təsdiqlənib.

Qeyd edək ki, yanvarın 7-də Los-Anceles dairəsində meşə yanğınları başlayıb.

.Meteoroloqların sözlərinə görə, yanğınların sürətlə yayılmasına səbəb quru və küləkli hava olub.

Yanğın artıq ABŞ-nın hazırkı prezidenti Baydenin oğlu, aktrisa Paris Hilton və aktyor və rejissor Mel Gibson kimi məşhurların mülkləri də daxil olmaqla 12300-dən çox binanı məhv edib. ABŞ prezidenti Cozef Bayden meşə yanğınlarını Kaliforniya tarixindəki ən böyük və ən dağıdıcı yanğın adlandırıb.

Aynur TAC

 

 

tag: Los-Anceles, ABŞ, Yanğın, Robert Luna, Təxliyə, todaypress.az,