Londonda Ukrayna üzrə danışıqlar keçiriləcək
Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri Rusiya ilə müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün aprelin 23-də Londonda görüşəcəklər.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "X" hesabındakı paylaşımda deyilir.
Prezidentin sözlərinə görə, o, Britaniyanın Baş naziri Kir Starmerlə əhatəli və konstruktiv danışıqlar aparıb.
tag: London,Ukrayna, Zelenski, Rusiya, Fransa, ABŞ,todaypress.az,