Londonda keçirilən etiraz aksiyalarında 15 nəfər saxlanıldı
Dünya
05.10.2024 21:44
London polisi Yaxın
Şərqdəki münaqişəyə qarşı etiraz aksiyaları zamanı 15 nəfərin saxlanıldığını
bildirib.
TodayPress xəbər verir
ki, Böyük Britaniyanın paytaxtında bu gün iki müxtəlif etiraz aksiyası
keçirilib. Bunlardan biri Fələstin Həmrəylik Kampaniyası və oxşar qruplar
tərəfindən təşkil olunan, digəri isə buna qarşı keçirilən etiraz aksiyası olub.
Polisin məlumatına görə,
bir nəfər Böyük Britaniyada terror təşkilatı kimi qadağan olunmuş “Hizbullah”ı
dəstəklədiyinə görə saxlanılıb. İctimai asayişin pozulması şübhəsi ilə saxlanan
yeddi nəfərdən üçü irqçilikdə ittiham olunur.
Həmçinin üç nəfər
təcili yardım işçisinə hücumda, bir nəfər isə İctimai Asayiş Aktının şərtlərini
pozmaqda, üç nəfər isə digər hücumlarda təqsirləndirilərək saxlanılıb.
tag: London, Aksiya, Böyük Britaniya, Fələstin, Hizbullah, todaypress.az,