Londonda evdən 10 milyonluq zinət əşyası oğurlandı
Dünya
01.01.2025 16:15
Londonun “St John’s Wood” ərazisində yerləşən evlərdən birindən 10 milyon funt sterlinqdən çox dəyərində zinət əşyası və 150 min funt sterlinq dəyərində dizayner çantaları oğurlanıb.
TodayPress xəbər verir ki, London polisinin verdiyi məlumata görə, “Avenue Road” ünvanında yerləşən evə 20-30 yaşlarında ağdərili bir kişi ikinci mərtəbədəki pəncərədən dırmaşaraq daxil olub. O, çox bahalı olan “Hermes Crocodile Kelly” çantalarını, 15 min funt sterlinq nağd pulu və ümumi dəyəri 10.4 milyon funt sterlinq olan zinət əşyalarını oğurlayıb.
Qeyd edək ki, “Avenue Road” Londonda ən bahalı mülklərin yerləşdiyi küçələrdən biridir.
tag: London,St John’s Wood,Dizayner,Çanta,Pul,Oğurluq,todaypress.az,